SİZİN REKLAM BURADA!
055 213 76 73


Qəhvə asanlıqla əldə edilə bilən kofein mənbəyidir. Ancaq onu çox içərkən, xoşagəlməz yan təsirlərlə qarşılaşma mümkündür. 

BAKU.WS xarici mətbuata istinadən xəbərinə görə, araşdırmalar göstərir ki, kofein insanı canlandırır və daha enerjili edir.

Qeyd olunur ki, əhalinin təxminən 10%-i kofeinə qarşı həssasdır. Yəni bu maddənin daha yüksək dozalarına problemsiz dözə bilirlər. Öz növbəsində, kofeinə qarşı yüksək həssaslığı olan insanlar, hətta kiçik dozalarda kofein istehlak etdikdə belə yan təsirləri yaşayırlar.

Kofeinə qarşı həssaslığın və ya dözümsüzlüyün simptomlarına bir neçə qurtumdan sonra çox qəhvə içdiyinizi hiss etmək, yuxusuzluq, ürək döyüntüsünün artması, baş ağrısı, titrəmə və narahatlıq daxildir.

Kofeinə qarşı həssaslığa səbəb olan bir sıra amillər də var.

Bunlara cinsiyyət (qadınlar kofeini kişilərə nisbətən daha tez metabolizə edir), doğuşa nəzarət həblərinin qəbulu, dərmanlar (teofillin, exinecea kofeinin orqanizmə təsirini artıra bilər), genetika (bəzi genlər kofeinin mübadiləsinə və ondan asılılığın yaranmasına təsir göstərə bilər), kofein qəbulunun tezliyi (daimi içməyənlərdə daha güclü təsir göstərir), narahatlıq (kofein vəziyyəti ağırlaşdıra bilər).

BAKU.WS