Amerika tibbində yeniliklər edən azərbaycanlı professor kimdir?

Amerika tibbində yeniliklər edən azərbaycanlı professor kimdir?
Sosial 4086

 

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərbəst elektron resurslarla iş şöbəsinin (SER) əməkdaşları tərəfindən "Azərbaycan Vikipediya”sında Nyu-York Lanqon tibb mərkəzində nevrologiya tibb dosenti və Nyu-York Lüteran Tibb Mərkəzində Baş ağrısı şöbəsinin rəhbəri, professor Səid Aşina haqqında məqalə yaradılıb.

Doktor Aşina tibbi dərəcəsini Danimarkanın Kopenhagen Universitetində qazanmışdır. O, tibbi təcrübəsini Yeni Haven ştatının Yeil Universiteti tibb məktəbinin Müqəddəs Rafael xəstəxanasında almışdır. Səid Aşina nevrologiya rezidensiyasını Albert Eynşteyn tibb kollecində edib. O, Montefior Baş ağrısı mərkəzində və Danimarka Baş ağrısı mərkəzində təhsilini artırmışdır.

Doktor Aşina Amerika Psixiatriya və Nevrologiya Şurasının və Nevroloji Müxtəliklərin Vahid Şurasının Baş ağrısı mərkəzində diplomatdır. Beynəlxalq Baş ağrısı Cəmiyyəti Təhsil Komitəsinin üzvüdür. Doktor Aşina həmçinin Baş ağrısı Pozuntularının Beynəlxalq təsnifatının 3-cü nəşri üçün Tension-Type baş ağrısı üzrə Beynəlxalq baş ağrısı cəmiyyətinin baş ağrısı təsnifatı alt komitəsinin üzvüdür. O, Nevrologiya İcmalının redaktoru və Baş ağrısı və Ağrı jurnalının məsləhət şurasının üzvüdür.  Səid Aşina Amerika Baş ağrısı Cəmiyyətindən Kliniki Baş ağrısı Yoldaşlıq mükafatı və 2012-ci ildə Avropa Baş ağrısı Federasiyası/Baş ağrısı Tədqiqatları üçün İtaliya Cəmiyyətinin təsis etdiyi Enriko Qreppi mükafatları da daxil olmaqla öz fəaliyyətləri istiqamətində bir sıra mükafatlar əldə etmişdir. Doktor Səid Aşina 2013-2014-cü illərdə Nyu-York Yüksələn Ulduzlar siyahısında Super Həkimlər adına layiq görülmüşdür. Onun tədqiqat maraqları baş ağrısı və kronik ağrı epidemiyologiyasını, kəmiyyət sensor testini, insan ağrı modellərini və miqrende struktur beyin lezyonlarını özündə ehtiva edir.

İş fəaliyyətləri

2015 – Nevroloji Kliniki Dosent, Nyu York Universiteti Tibb Fakültəsi NYU Luteran baş ağrı şöbəsinin müdiri, Nyu York Lanqon Tibb Mərkəzi, Nyu-York, NY, ABŞ

2010 - 2015 – Baş ağrısı proqramının direktoru, Nevrologiya Departamenti

2007 - 2010 – Rezidentura, Nevrologiya Şöbəsi, Montefior Tibb Mərkəzi, Albert Eynşteyn Tibb kolleci, Bronks, NY, ABŞ

2006 - 2007 – Tədqiqat və kliniki baş ağrısı və öz ağrıları birliyi, Montefior Baş ağrısı  Mərkəzi, Albert Eynşteyn Tibb kolleci, Bronks, NY, ABŞ

2005 - 2006 – Staj, Tibb fakültəsi, Müqəddəs Rafael xəstəxanası, Yeil Universiteti Tibb Məktəbi, Nyu Haven, CT, ABŞ

2004 - 2005 – Daxili Tibb və Ailə Həkimi / İlkin yardım bölümü, Bispebyerq Xəstəxanası, Kopenhagen Universiteti, Danimarka

2003 - 2004 – Qastrointestinal Cərrahiyyə şöbəsi, Bispebyerq Xəstəxanası, Kopenhagen Universiteti, Danimarka

2002 - 2003 – Araşdırmalar və Klinik Baş ağrısı və Üz Ağrı Birliyi, Nevrologiya şöbəsi, Qlostrup Xəstəxanası və Danimarka Baş Ağrı Mərkəzi, Kopenhagen Universiteti, Danimarka

Daha ətraflı: https://az.wikipedia.org/wiki/S%C9%99id_A%C5%9Fina

Son xəbərlər