SİZİN REKLAM BURADA!
055 213 76 73


  

"İnsanların istehsalatda peşə fəaliyyətləri müddətləri ilə pensiyaya çıxma yaşları arasında müəyyən uyğunluq olmalıdır”.

BAKU.WS-in məlumatına görə, bunu jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib. Onun sözlərinə görə, pensiya yaş həddi ilə bağlı bəzi uyğunsuzluqlar var: 

"Bu gün büdcə təşkilatlarında çalışma dövrü 65 yaşa qədərdir. Amma bizdə pensiya yaşı bundan kifayət qədər aşağıdır (kişilər 63, qadınlar 60 yaşında). Təbii ki, bu da müəyyən uyğunsuzluqları ifadə edir. Ötən müddətdə, biz bu istiqamətdə, demokrafiq göstəricilərin üzərində tənzimləmələr aparmaqla uğurlu fəaliyyəti yekunlaşdırmışıq. Amma uzunmüddətli perspektivdə Dövlət Sosial Müdafiə Fondunun maliyyə dayanıqlılığının təmin olunması üçün qeyd etdiyim istiqamətdə islahatların aparılması zəruridir”, - E.Mehdiyev əlavə edib. 
 
BAKU.WS