Azərbaycanda gəmi hərraca çıxarılacaq - Qiyməti…

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin dekabr ayı ərzində keçirəcəyi hərraclar açıqlanıb.
BAKU.WS-in İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbərinə görə, dekabrın 12-də təşkil olunacaq hərraca 11 avtomobil çıxarılacaq. İstehsal tarixi 1989-2014-cü illər, start qiyməti 2.000-14.000 manat arasında dəyişən avtomobillər Koreya, Rusiya və Almaniya istehsalıdır.
Dekabrın 19-da keçiriləcək hərraca 79 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin istehsal tarixi 1978-2016-cı illər arasında, start qiyməti 800-10.500 manat arasında dəyişir.
Dekabrın 21-də təşkil olunacaq hərraca isə 40 nəqliyyat vasitəsi çıxarılacaq. Hərracda iştirakçılara "Vixr" tipli gəmi də təklif olunacaq. İstehsal tarixi 1986-cı il olan gəminin start qiyməti 1.800.000 manatdır. Gəminin hərracında iştirak etmək üçün ilkin qiymətin 10 faizi (180.000 manat) məbləğində beh ödəmək tələb olunur.
Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/35Uotw linki vasitəsilə tanış olmaq olar.
İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər.
Oxşar xəbərlər
İyun ayında obyektlər satışa çıxarılır - 12
Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən hərraclar həm investorlar, həm də sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün əlverişlidir. Hərraclara...
