Deputat Azərbaycanda iki kəndin adının dəyişdirilməsini təklif edib
Milli Məclisin deputatı Aqil Məmmədov Tərtər və Kəlbəcər rayonlarının ümumilikdə iki kəndinin adının dəyişdirilməsini təklif edib.
“Report”un məlumatına görə, deputat bu təkliflə parlamentdə “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.“Ağdərə rayonuna daxil edilən kəndlərin adları dəyişdirilib. Bu, sevindirici haldır. Amma iki kənd var ki, onların adlarına da baxılmalıdır. Bunlar Kəlbəcərin Zardaxaç və Tərtər rayonunun Qasapet kəndləridir. Düşünürəm ki, bunların adlarına yenidən baxılmalıdır. Onların adları niyə belə qalıb bilmirəm”, - deputat qeyd edib.
Oxşar xəbərlər
Vasif Talıbov niyə Milli Məclisin iclaslarına gəlmir?
Ötən gün Milli Məclisin 2022-ci il payız sessiyası başa çatdı. BAKU.WS “Unikal”a istinadən xəbər verir ki, bu sessiyada parlamentin 19, ümumilikdə il ərzində 37...