SİZİN REKLAM BURADA!
055 213 76 73


"Əhmədbəyli" ölçü qovşağından qidalanan orta təzyiqli xətt üzərində qaz tənzimləyici qurğunun quraşdırılması ilə bağlı 21.11.2023-cü il tarixdə saat 10:00-dan işlər başa çatanadək adıçəkilən ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə BAKU.WS-ə "Azəriqaz" İB-dən bildirilib.

Təmir-quraşdırma işləri görülən müddətdə Füzuli rayonunun 13 qəsəbəsinin və 10 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

BAKU.WS