SİZİN REKLAM BURADA!
055 213 76 73


Yağışlı hava ilə əlaqədar olaraq Bakıda Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə BAKU.WS-ə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

***16:27

Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə BAKU.WS-ə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirlib ki, eyni zamanda məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

BAKU.WS