SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Lisenziyası ləğv edilmiş ANS televiziyasının 5 aparıcısı Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AZTV) işə başlayıblar.

BAKU.WS Report-a istinadən xəbər verir ki, bunlar ANS-in keçmiş aparıcıları Rəşad Abbasov, Əfsanə Mehdiyeva, Samir Cabbarov, Natavan Babayeva, Röya Bənənyarlıdır.

Bundan başqa, ANS-in keçmiş iki operatorunun da AZTV-də işə götürüləcəyi bildirilir.

AZTV-nin mətbuat xidməti yeni təyinatlarla bağlı açıqlama verməkdən imtina edib.