SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 5 milyard 235,96 milyon manat təşkil edib.

DGK-dan verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,7% çoxdur.

Son bir ildə gömrük rüsumları üzrə daxilolmalar 19,3% artaraq 1 milyard 357,049 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 10,0% artaraq 3 milyard 655,747 milyon manat, aksizlər üzrə daxilolmalar 39,3% artaraq 186,651 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 30,6% azalaraq 36,513 milyon manat olub.

BAKU.WS