Azərbaycanın bu kəndində yas mərasimlərində ehsan verilməsi ləğv edildi - Qaydanı pozanlar... - FOTO

Naxçıvanın Şərur rayonu, Mahmudkənd kəndinin ağsaqqalları maraqlı təşəbbüs irəli sürüb.
BAKU.WS xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Belə ki, sözügedən kəndin sakinlərinə bundan sonra dünyasını dəyişən yaxınları üçün yas mərasimlərinin təşkil edilməməsi ilə bağlı məlumat verilib:

"Hörmətli həmkəndlilər, dəyərli dostlar, nəzərinizə çatdırmaq istəyirik ki, kənd əhalisinin birgə qərarı ilə 10.09.2023-cü il tarixdən yas mərasimlərində 3, 7, 40 və il ehsanlarının verilməsi ləğv edilir. Hər hansı bir şəxs bu qərarı pozarsa, həmin mərasimdə heç kim iştirak etməyəcək!".
Qeyd edək ki, edilən açıqlama isnsanlar tərəfindən olduqca müsbət qarşılanıb. Hətta bəziləri bunu "Gecikmiş qərar" da adlandırıblar.
Oxşar xəbərlər
Qurban bayramı günlərində heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək yerlər açıqlanıb - ÜNVANLAR
Milli-mənəvi dəyərləri və ənənələri daim üstün tutan Azərbaycan xalqı Qurban bayramını hər il böyük ruh yüksəkliyi ilə qeyd edir. 28, 29 iyun tarixlərində bayra...
