20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib

20 Yanvar hadisələrindən bəhs edən Kapitan və Xəzər dənizi filminin premyerası keçirilib
Video
Sosial 101

Nizami Kino Mərkəzində "Kapitan və Xəzər dənizi" adlı qısametrajlı tarixi-sənədli animasiya filminin premyerası keçirilib. Animasiya və arxiv materiallarının hibrid işlənməsi əsasında ərsəyə gələn film 1990-cı il 20 yanvar gecəsi baş verən ümumxalq faciəsinə həsr olunub.

Baku TV-nin məlumatına görə, filmin istehsalçısı "Rental Azərbaycan" MMC, rejissoru və ssenari müəllifi Türkan Hüseyn, prodüseri isə Emil Nəcəfovdur.

Prodüser Emil Nəcəfovun sözlərinə görə, filmin ərsəyə gəlməsində Azərbaycan Respublikasının Kino Agentliyi, İctimai Televiziya və Azərbaycan Kinematoqrafçılar İttifaqı dəstək göstərib.

"Əsas məqsədimiz Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş, özünü fəda etmiş insanların həyat yolunu gələcək nəsillərə çatdırmaq və bu müstəqilliyin hansı çətinliklər bahasına əldə olunduğunu göstərməkdir. Ümid edirəm ki, buna nail olmuşuq", - prodüser bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Yenicag.az saytının 19 yaşı tamam olur

Yenicag.az saytının 19 yaşı tamam olur

Bu gün Yenicag.az saytının 19 yaşı tamam olur. BAKU.WS xəbər verir ki, 2006-cı il fevralın 1-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçən "Yeni Çağ" qəzetinin...

6 Sosial 10:30 05 sentyabr 2026

Son xəbərlər