20 dəqiqə ərzində cavabı məlum olan koronavirus testi hazırlanıb
20
iyl
2020
14:10
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Avstraliyada 20 dəqiqə ərzində cavabı çıxan koronavirus testi hazırlanıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, Monash Universitetinin alimləri testin aparılması üçün 25 ml qan nümunəsi lazım olduğunu bildirib.
Məlumata görə, bu testlə analiz götürülən şəxsin koronavirus xəstəsi olub-olmaması və ya qısa müddət öncə bu xəstəliyi keçirib-keçirmədiyi müəyyənləşəcək.
Test antikorların antigenlərlə bağlanmasına əsaslanır. Qeyd edilib ki, bundan koronavirusa qarşı vaksinin cavabını müəyyənləşdirməkdə də istifadə ediləcək.
Oxşar xəbərlər
Koronavirusdan ölüm faizini azaldan üsullar tapıldı
Koronavirusla bağlı ikiqat analiz bu xəstəlikdən ölüm faizini azaldacaq. BAKU.WS "Report"a istinadən xəbər verir ki, belə bir nəticə Çinin Hubey vilayətinin Elm...