SİZİN REKLAM BURADA!
055 213 76 73


Kiberdələduzlar tərəfindən "ASAN ödəniş" sistemi adından "asanodeme.org" adlı saxta veb-səhifə yaradılaraq vətəndaşlara pulsuz mobil internet və danışıq dəqiqələri qazanmaları təklif edilir.

Vətəndaşlardan vəd olunan bonusları qazanmaları üçün saxta veb səhifə vasitəsilə bank və digər fərdi məlumatlarını daxil etmələri tələb olunur.

Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə vədlərə etimad etməməyi, hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda, ilk növbədə, həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.

BAKU.WS