190 manat üçün təkrar müraciətə ehtiyac var? - RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
“Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar işsiz və gəlirini itirən qeyri-formal işləyən aztəminatlılara yaşayış minimumu həcmində birdəfəlik ödəmənin (190 manat) verilməsilə bağlı qərar qəbul olunub. Bu ödənişi almaq üçün vətəndaşların təkrar müraciət etməsinə ehtiyac yoxdur”.
BAKU.WS xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilir ki, Nazirlər Kabinetinin qərarına uyğun olaraq, birdəfəlik ödəmə cari ilin ötən dövründə bu ödəməni almış şəxslərə təsdiq edilmiş qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra ödənəcək:
“Ödəməni almaq üçün həmin vətəndaşların təkrar müraciətinə ehtiyac yoxdur. Ödəmə birdəfəlik şəkildə həyata keçiriləcək və banklar tərəfindən verilmiş bank kartlarına köçürüləcək. Vəsait köçürüldükdən sonra bu barədə vətəndaşlara sms vasitəsilə rəsmi bildiriş göndəriləcək”.
Bu növbəti birdəfəlik ödəmə proqramının 600 minə yaxın şəxsi əhatə edəcəyi proqnozlaşdırılır.
Oxşar xəbərlər
190 manatla bağlı daha bir açıqlama
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 10-da keçirdiyi brifinqdə xüsusi karantin rejimi davam...