Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki “Sumqayıt Nəqliyyat” MMC-nin baş direktoru Fikrət Orucov vəzifəsindən azad edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov əmr imzalayıb.
Digər əmrlə Sirac Səfərov “Sumqayıt Nəqliyyat”ın yeni baş direktoru təyin olunub.
Xatırladaq ki, “Sumqayıt Nəqliyyat” 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 50 manatdır.
BAKU.WS