VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Qurban bayramı günlərində (24-27 sentyabr 2015-ci il tarixlərində) Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə Qurbanlıq heyvanların satışı və müasir standartlara uyğun kəsimi təşkil ediləcək.

Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, qurbanlıq heyvanların satış və kəsim məntəqələrinin ünvanları aşağıdakılardır:

Sabunçu qəsəbəsi- Şəhər şossesi, "ABU” yanacaqdoldurma məntəqəsinin yanı, Zabrat – Maştağa yolunun sol tərəfi, Olimpiya İdman Kompleksinin yanı

Nərimanov - Əlyar Əliyev küç., 26 (Keşlə bazarının yanı)

Xətai - Cavanşir küç. 7, Nevrocərrahiyyə xəstəxanasının arxası, Mehmandarov küç. 72, Elektrik yarımstansiyasının yaxınlığında, Əmircan qəsəbəsi, Malik Mustafayev küç., "Neftçi" stadionunun yanı

Suraxanı - Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küç., 114 saylı evin yanında, Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küç., Tikiş sexinin yanı, Hövsan qəsəbəsi, Oqtay Şabanov küç., "Maral" fiqurunun yanı

Səbail - Bibiheybət yolu, qoşa Yanacaq Doldurma Məntəqəsinin yanı, 20-ci sahə dairəsi, Ticarət cərgəsinin arxasında boş sahə

Yasamal - Şərifzadə küç., 196 ("İdeal" şadlıq sarayının həyəti), 8 - ci mkr., C. Xəndan və Atatürk prospekti kəsişməsində yerləşən ət bazarı

Binəqədi - Rəsulzadə qəsəbəsi, Binəqədi soşesi ilə Baksol yolunun kəsişməsi, Biləcəri qəsəbəsi, T. Yaqubov 12A, Binəqədi qəsəbəsi, 3 - cü mədən, korpus 78, Qəsəbə mərkəzi

Nizami - R. Rüstəmov ilə M. Əliyev küçələrinin kəsişməsində ("Millord" restoranının yanı), Binə qəsəbəsi, Əliağa Vahid küç. 9 (yolun solu)

Xəzər - Qala qəsəbəsi, Dəmiryolçular küç. 41, (Qala Bələdiyyəsinin inzibati binasının qarşısı), Mərdəkan qəsəbəsi, Yesenin küç., döngə 3

Qaradağ - Lökbatan qəsəbəsi, "Meyvəli" bazarının yanı, Sahil qəsəbəsi, Mədəniyyət evinin yanı, Aqrovest MMC-nin qarşısı
 
Ziya Səccad
BAKU.WS