SİZİN REKLAM BURADA!
055 213 76 73


Cənub bölgəsində yağan intensiv yağışlar Lənkəran və Astarada çayların səviyyəsinin 12-13 metr qalxmasına səbəb olub.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, intensiv yağışlar nəticəsində Lənkəran və Astarada çayların səviyyəsi 12-13 metrədək qalxıb.

Sel suları Astaranın Səncərədi kəndi ərazisində körpünü yararsız vəziyyətə salıb. Pensərçay daşaraq, sakinlərin əkin sahələrinə dolub. Sel suları meyvə ağaclarını kökündən qoparıb, yolun 30 metrə yaxın hissəsini dağıdıb və 10-dan yuxarı ev üçün təhlükəli vəziyyət yaradıb. Astara rayon İcra Hakimiyyətinin Şiyəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elşən Məcidov bildirib ki, hazırda Pensərçayda suyun səviyyəsi körpüyə çatıb.

Qeyd edək ki, bölgədə qeyri-sabit hava şəraiti davam edir.

BAKU.WS
QALEREYA