VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Vergilər Nazirliyi vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin siyahısına dəyişiklik edib.

BAKU.WS xəbər verir ki, Azərbaycan sərhədlərini tərk etməsi qadağan edilən hüquqi şəxslərin, icra orqanlarının rəhbərlərinin sayı 17 nəfər artaraq 612-yə çatdırılıb.

Ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı isə dəyişməyib və hazırda 383 fiziki şəxsin ölkədən çıxışına qadağa var.

Ümumilikdə, sözügedən səbəbdən Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin ümumi sayı 978-dən 995-ə çatıb.

Vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulmuş hüquqi və fiziki şəxslərin adlarına buradan baxa bilərsiniz:
 
Azər Məmmədov 
BAKU.WS