Samuxda fəaliyyət göstərən şadlıq sarayında nöqsanlar aşkarlanıb

Samux rayonunda fəaliyyət göstərən şadlıq sarayında nöqsanlar aşkarlanıb.
Bu barədə BAKU.WS-ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, Agentlik əməkdaşları tərəfindən Samux rayonunda fəaliyyət göstərən fiziki şəxs Rəhimov Səyavuş Qoşqar oğluna məxsus “Min Bir Gecə” şadlıq sarayında keçirilmiş planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, sanitar-texniki və sanitar-gigiyenik tələblərə riayət olunmadığı, istehlakçılara təqdim edilən müxtəlif növ qida məhsullarının üzərində etiket məlumatlarının, istehsal və son istifadə tarixlərinin qeyd edilmədiyi aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, pozuntuların aradan qaldırılması barədə icrası məcburi göstərişlər verilib.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...
