Vüqar Qurbanov generalın qardaşına yeni vəzifə verdi - FOTO

17
mar
2023
11:00
Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşı Fikrət Zeynalova yeni vəzifə verilib.
BAKU.WS qaynarinfo-ya istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə Fikrət Zeynalov 8 saylı Birləşmiş Şəhər Xəstəxanasının direktoru təyin olunub. O, yaxın günlərdə işinin icrasına başlayacaq.
Qeyd edək ki, Fikrət Zeynalov bundan əvvəl Sabunçu Tibb Mərkəzinin direktoru olub.
Qalereya
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...
