SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Bakı şəhəri Yasamal rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

BAKU.WS-in "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadla verdiyi məlumata görə, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və istismarı dayandırılmış qaz xətlərinin şəbəkədan ayrılması ilə əlaqədar oktyabrın 5-də saat 09:00-dan 18:00-dək Yasamal rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
 
Aparılan işlərin Xəzər rayonunun Binə və Qala qəsəbələrinin  qaz təchizatına təsir göstərməsi mümkündür.
 
BAKU.WS