Azərbaycanda qadın 21 gündür evə gəlmir, əri onu axtarır - FOTO

25
yan
2023
09:15
Abşeron rayonunda ər arvadını axtarır.
BAKU.WS xəbər verir ki, bu barədə Abşeron rayon Polis İdarəsinə şikayət daxil olub.
Belə ki, 34 yaşlı Hüseynova Səfurə Sədr qızı yanvarın 4-ü Masazır qəsəbəsindəki evindən çıxaraq bir daha geri qayıtmayıb.
Onun boyu 160 sm, arıq bədən quruluşludur. Saçları qara, gözləri qəhvəyi rəngdədir.
O, evdən gedərkən 100 manat pul və şəxsiyyət vəsiqəsini özü ilə aparıb.
Səfurə Hüseynovanın yerini bilənlərdən Abşeron rayon Polis İdarəsinə və ya DİN-in 102 zəng mərkəzinə məlumat vermələri xahiş olunur.

Oxşar xəbərlər
Yeni nəsil şəxsiyyət vəsiqələrində böyük problem
Cari il sentyabr ayının 1-dən ölkədə yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılıb. Lakin hələ də bu sənədlərdən istifadə zamanı problemlər mövcuddur.Bu...