12,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Xətai Rayon Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

"Report"un xəbərinə görə, bu barədə vəkil Aqil Layıc sosial şəbəkədə məlumat paylaşıb.

***15.01

Daxili İşlər Nazirliyi İctimai fəal Bəxtiyar Hacıyevin polis tərəfindən saxlanılmasına reaksiya verib.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, vətəndaş Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır. Barəsində qətimkan tədbiri seçilmək üçün o bu gün məhkəməyə göndərilib.

***

İctimai fəal Bəxtiyar Hacıyev polis tərəfindən saxlanılıb.

Bu barədə vəkil Aqil Layıc məlumat yayıb.

O bildirib ki, Bəxtiyar Hacıyev Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib:

“Hazırda o, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Xətai Rayon Məhkəməsinə aparılır”.

Vək:i onun Ülviyyə Alovlunun şikayəti əsasında saxlanıldığını qeyd edib.

BAKU.WS