12,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Hər il olduğu kimi bu il də qarşıdan gələn "Yeni il" bayramı ilə əlaqədar olaraq Bakının bir sıra ərazilərində bayram yarmarkaları qurulub. Əsasən şəhərdə, metrostansiyaların qarşısında quraşdırılan bayram çadırları yanvar ayının əvvəllinə kimi fəaliyyət göstərəcək.

BAKU.WS xəbər verir ki, report "28 May" stansiyasının qarşısında təşkil olunmuş bayram yarmarkasında olub və qiymətlərlə maraqlanıb.

Yarmarka satıcısı Naib İsmayılov bildirib ki, bayram çadırlarının qurulmasına baxmayaraq, hələ satış zəifdir. O, məhsulların endirimdə olduğunu bildirib. Satıcının sözlərinə görə, yarmarkada 25-30 manata qədər təklif olunan məhsullar mövcuddur. Məsələn, özünün satdığı məhsullar arasında ən ucuzu rəngli şam ağacı oyuncağıdır, qiyməti 1 manatadır.

Şam ağaclarının qiymətinə gəlincə, yarmarkada Yeni il simvolunun qiyməti ölçülərinə və keyfiyyətinə görə dəyişir. Ən kiçik ölçülü “yolka”nın 60 sm olduğunu söyləyən satıcı bunun da qiymətinin 5 manat təşkil etdiyini bildirib:

"Böyük ölçülü, hərəkətli Şaxta baba oyuncaqları isə 35 AZN təşkil edir və bu, daha çox dekor məqsədilə istifadə olunur. Qarşıdan gələn Yeni ilin atributu sayılan yumşaq dovşanlar isə hər qiymətə mövcuddur: 15 manatdan tutmuş 35 manata qədər. "Yolka" işıqlarının qiyməti uzunluğuna görə dəyişir. 4-5 metrlik "yolka" işıqları 2 manatdan başlayır, 30 metr olan yolka işıqlarının qiyməti isə 25 manatdır".

Yarmarkanın digər satıcısı Azər Şahverdiyev isə bildirib ki, alıcılar satışa çıxarılan məhsulların qiymətlərindən razıdırlar:

"Hələ ki qiymətlərlə bağlı narazılıq edən olmayıb. Burada 10 qəpiyə 2 ədəd rəngli şarlar almaq da mümkündür. Daha çox dekor məqsədilə istifadə olunan stolüstü "yolka"ların qiyməti isə 1 manatdır. Ən böyük "yolka"mız 70 manata təklif olunur. Zərlərimizin qiyməti 40 qəpikdən başlayır və 2-3 manata qədər davam edir".

Satıcı Kənan Məmmədov isə vurğulayıb ki, hər il qurulan bayram yarmarkalarında "Yeni il"ə aid bütün atributları tapmaq mümkündür: "Qiymətlərimiz münasibdir, real alıcılara endirimlərimiz də olur. Daha çox zərlərə və “yolka” oyuncaqlarına tələbat var. Daha çox azyaşlılar yumşaq dovşan oyuncaqları ilə maraqlanır, 2-3 manata satırıq".

Həmçinin satıcı onu da qeyd edib ki, kiçik şam ağaclarının qiyməti 5 manatdan başlayaraq 25-30 manata qədər dəyişir: "Şam ağacının bəzəyi sayılan rəngbərəng zərlərin qiyməti isə 50 qəpik, keyfiyyətinə görə isə 2 manat təşkil edir. "Yolka" oyuncaqları qutu şəkilində, ölçüsünə görə 5-6-8 manata qədər satılır.

Alıcılara məsləhət görürük ki, evlərini və quraşdırdıqları şam ağaclarını bəzəmək üçün buraya üz tutsunlar, çünki çeşidlərimiz çoxdur. Hər kəs öz büdcəsinə uyğun məhsulları gəlib əldə edə bilər".

Bayram məhsullarının satıldığı yarmarkaya üz tutan alıcı Sona Həsənova isə burada qiymətlərlə maraqlandığını bildirib:

"Buradan keçirdim, bayram yarmarkasını görüb gəldim. Qiymətlərlə maraqlandım. Bu il şam ağacı almayacağam, çünki ötən il aldığım yaxşı vəziyyətdədir. Hələ ki, oyuncaq dovşanı almağı düşünürəm, hədiyyə edəcəyəm. Musiqilidir, qiyməti 25 manatdır".

BAKU.WS
QALEREYA