VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də - Bilik günündə Bakının Sabunçu rayonunda yerləşən 311 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimində iştirak edib.


BAKU.WS xəbər verir ki, dövlətimizin başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış oldu.


Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Azərbaycan Prezidentinə məlumat verdi. Qeyd edildi ki, 960 şagird yerlik üçmərtəbəli məktəbdə tədris iki növbədə aparılacaq.


Məktəbdə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev təhsil ocağının müəllim və şagirdləri ilə görüşdü.


Sonda xatirə şəkli çəkdirildi.

 

BAKU.WS