Sabunçuda evin damına ağac aşıb: Dörduşaqlı ailə təhlükə ilə üzləşib
Yeniliklərdən dərhal xəbərdar olun
Sabunçu rayonunun Bakıxanov qəsəbəsində aşan ağac bir ailəni evindən çıxmağa məcbur edib.
Eldar Xəlilov küçəsi, 32 ünvanında yerləşən evin damına düşən ağacın budağı artıq 4 gündür ərazidən götürülmür.
Güclü külək nəticəsində qırılan budaq evdə yaşayan dörduşaqlı ailə üçün ciddi təhlükə yaradıb. Onlar təhlükəsizlik səbəbi ilə iki gündür evdə qala bilmirlər.
Sakinlər bildirirlər ki, hadisə baş verən gündən aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, hələ də heç bir tədbir görülməyib.
Ərazidə aparılan çəkiliş zamanı digər təhlükəli vəziyyətlər də müşahidə olunub. Belə ki, məhəllədə quru və əyri bitən ağaclar, qırılmaq təhlükəsi olan budaqlar var.
Sakinlərin sözlərinə görə, bəzi ağaclar qaz borularının üzərində yerləşir. Bu isə həm yanğın, həm də digər təhlükəli vəziyyətlərin yaranması riskini artırır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....