VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azəristiliktəchizat" ASC-nin bu ilin sonuna Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə borcu olmayacaq.

BAKU.WS xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin sədrinin müşaviri Ramil Məhərrəmov deyib.

Onun sözlərinə görə, bu il qurumun "Azəriqaz"a borcunun 90%-i ödənilib.

Ramil Məhərrəmov onu da vurğulayıb ki, "Azəristiliktəchizat" tam kommersiya müəssisəsi deyil. Qurumun sosial məsuliyyəti də var. Buna görə dövlətin maliyyə dəstəyi vacibdir. Bu olmasa, xidməti tam təşkil etmək olmaz.

BAKU.WS