"Qara bazar"da dolların qiyməti kəllə-çarxa çıxdı (FOTO)

Qara bazarda dolların qiyməti kəllə-çarxa çıxdı (FOTO)
Sosial 15055

 

"İndicə 9944 nömrəsindən mesaj almışam. Orada deyilir ki, bazarda dolların alış qiyməti 1,785-1,87 manat arasıdır. Halbuki, Mərkəzi Bankın rəsmi məzənnəsi 1,6362 manatdır".

BAKU.WS-in məlumatına görə, bu barədə tanınmış vəkil Əkrəm Həsənov bildirib. Onun sözlərinə görə, bankların məzənnəsi rəsmi məzənnədən maksimum 4% fərqlənə bilər, yəni 1,7016 ola bilər:

"Deməli, söhbət banklardan deyil, qara bazardan gedir. Belə çıxır ki, qara bazar özünü o qədər rahat hiss edir ki, hətta reklam da etdirir. Telefon nömrəsi də var: 0124041389. Hər bir halda hüquq-mühafizə orqanları bu məsələ ilə maraqlansa, yaxşı olar".

BAKU.WS əməkdaşı nömrə ilə əlaqə saxlayıb məsələni dəqiqləşdirməyə çalışsa da hər hansı bir məlumat əldə etmək mümkün olmayıb. Zəng vurularkən avtomatik olaraq avtocavablayıcı işə düşsə də xidmətin hansı şirkət tərəfindən təqdim edildiyi məlumatı verilmir. Qısa müddətdən sonra isə zəng ümumiyyətlə kəsilir. 

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

"Qara bazar"da dollar ucuzlaşdı - QİYMƏT

"Qara bazar"da dollar ucuzlaşdı - QİYMƏT

Banklar tərəfindən ABŞ dollarının satışının məhdudlaşdırılması nəticəsində dollar kütləsinin alınıb-satıldığı «qara bazarda» məzənnələr bir qədər azalıb. Fins...

10346 İqtisadiyyat 14:15 05 sentyabr 2016

Son xəbərlər