SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda narkotik vasitələrin istehsal olunması barədə iddialara rəsmi münasibət bildirilib.

BAKU.WS xəbər verir ki, bu barədə bloger Nail Kəmərlinin "YouTube" kanalına açıqlamasında Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun rəisi, polis kapitanı Nəcəf Aydınoğlu danışıb.

DİN rəmisi qeyd edib ki, ölkədə narkotik vasitlərin istehsalı ilə bağlı iddialar həqiqəti əks etdirmir: "Bu, tamamilə yanlış fikirdir. Ölkə ərazisində qanunsuz dövriyyədən çıxarılan narkotik maddənin əldə olunma mənbəyi araşdırılır. Həmin əldə olunma bəyinin bir dənəsi belə olsun Azərbaycanda narkotiklərin istehsalı faktını təsdiq etmir. Ölkəyə narkotik vasitələr qaçaqmalçılıq yolu ilə daha çox Asiya ölkələrindən gətirilir".

BAKU.WS
VİDEO