Pensiya artımlarında vahid indeksasiya metodu tətbiq ediləcək

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Dövlət qulluğu haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş) müzakirəyə çıxarılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, layihəni təqdim edərkən Əli Hüseynli dəyişikliyin “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərdən irəli gəldiyini qeyd edib.
Dəyişiklik ölkədə aparılan sosial islahatların davamı olaraq pensiya təminatı sistemində sosial sığorta prinsipinin daha da möhkəmləndirilməsinə, pensiya artımlarında vahid indeksasiya metodunun tətbiqinə xidmət edir.
Oxşar xəbərlər
Avto-icbari sığorta üzrə mühüm yenilik: Zərərçəkənə ödənişi öz sığortaçısı ödəyəcək
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı...
