Azərbaycanda “TikTok” birdəfəlik qadağan edilib? - RƏSMİ CAVAB

Azərbaycanda “TikTok” birdəfəlik qadağan edilib? - RƏSMİ CAVAB
Sosial 4493

“TikTok” sosial şəbəkəsinin Azərbaycan ərazisində yayımlanması dayandırılıb.

BAKU.WS xəbər verir ki, buna səbəb sosial şəbəkə resursunda ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatlar yayımlanması olub.

Artıq 14 sentyabr tarixindən “TikTok” şəbəkəsi ilə bağlı qadağa qüvvəyə minib. Sosial şəbəkədə “TikTok”un Azərbaycanda birdəfəlik qadağan edilib-edilməyəcəyi ilə bağlı fikir mübadiləsi aparılır. BAKU.WS məsələyə rəsmi cavab öyrənmək məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edib.

Nazirlikdən BAKU.WS-ə bildirilib ki, sosial şəbəkə ilə bağlı qadağa müvəqqəti xarakter daşıyır: "Məlum olduğu kimi, “TikTok” sosial şəbəkəsinin ölkə ərazisində yayımlanması müvəqqəti dayandırılıb. Yayımın müvəqqəti dayandırılması ilə bağlı qərarda dəyişiklik olacağı halda aidiyyəti orqanlar bu barədə ictimaiyyəti məlumatlandıracaq".

Son xəbərlər