16 yaşlı oğlanın pensiyası niyə kəsilib?
Sabirabad rayonunun Bala Həşimxanlı kənd sakini Namil Əsədov 16 yaşlı oğluna təyin olunmuş əlillik pensiyasının kəsilməsindən şikayətçidir.
O, Baku TV-nin qaynar xəttinə müraciət edərək bildirib ki, anadangəlmə sağlamlıq imkanları məhdud olan övladı Elxan Əsədliyə 2022-ci ildən təyin olunan əlillik pensiyası 2025-ci ilin mart ayında dayandırılıb.
Namil Əsədov ailənin maddi vəziyyətinin ağır olduğunu deyərək aidiyyəti qurumlardan kömək istəyir.
"Dəfələrlə müraciət etmişəm, məktəblər də qəbul etməyib. 16 yaşı var, amma heç adını da yaza bilmir. Özünü idarə edə bilmir, evdə hər şeyi vurub sındırır. Valideyninə hər an xəsarət yetirə bilər. İşsiz olduğum üçün müalicəsini etdirə bilmirəm. 300 manat pensiya alırdı. Bir il iki aydır dayandırılıb", - deyə N.Əsədov bildirib.
Oxşar xəbərlər
Tanınmış həkim vəzifəsindən AZAD EDİLDİ
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni sədr təyinatından sonra quruma tabe olan tibb müəssisələrində genişmiqyaslı kadr dəyişiklikləri həyata...