SİZİN REKLAM BURADA!
055 213 76 73


Şabran rayonu ərazisində baş verən yanğın qaz təsərrüfatına da zərər vurub.

Bu barədə BAKU.WS-ə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

"Avqustun 15-də Şabran rayonunda yanğın səbəbindən fövqəladə vəziyyət elan olunduğu və Yanğın təhlükəsizliyi baxımından Xaçmaz Regional qaz istismarı İdarəsinin Şabran xidmət sahəsi ərazisində "Taxtalar" QPS-dən qidalanan Zeyvə, Kirvar kəndləri istiqamətində çəkilmiş 9 kəndi qidalandıran daşıyıcı qaz xəttində müvəqqəti olaraq qaz təchizatı dayandırıldığı haqqında tərəfimizdən məlumat verilib.

Yanğın hələ də davam etdiyi üçün Dağ Bilici, Mumlu, Zöhramlı, Pirəbədil, Sumağa, Qazmalar, Qorağan, Zeyvə və Kirvar kəndlərinin qaz təchizatı bərpa olunmayıb.

Yanğın nəticəsində 4 ədəd sonradan ödənişli (mexaniki tipli) qaz sayğacı yanaraq istismardan çıxıb. Yanan sayğaclardan 3 ədədi yenisi ilə əvəz olunub, 1 ədədi isə fərdi yaşayış evinin tamami ilə yanması səbəbindən əvəz edilməyib", - məlumatda qeyd olunub.

BAKU.WS
QALEREYA