“Azəriqaz”dan qaz xəttinin səkinin ortası ilə çəkilməsinə münasibət - VİDEO

Sosial şəbəkələrdə Bakıxanov qəsəbəsində səkinin ortası ilə çəkilən qaz xəttinin görüntüləri yayılıb.
BAKU.WS xəbər verir ki, bununla bağlı “Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev özünün feysbuk səhifəsində paylaşım edib.
O bildirib ki, vəziyyət həqiqətən də normal deyil:
“Birlik olaraq bu məsələdən xəbərdar idik. Qaz xətti ərazidə fəaliyyət göstərən ticarət mərkəzlərindən biri üçün çəkilmişdi. Baxmayaraq ki, bu xətt podratçı şirkətlərdən birinin “əsəri” idi. Birlik olaraq vətəndaşları narahat edən bu problemin həllini öz üzərimizə götürdük. İki gün əvvəl problem aradan qaldırıldı. Xəttin səkinin ortası ilə çəkilmiş 105 metrlik hissəsi tam olaraq kənarlaşdırılıb. Videosunu da sizə təqdim edirik. Diqqət göstərən, problemi ictimailəşdirən şəxslərə təşəkkürümüz var!” - o qeyd edib.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...