Bu avtobusun hərəkət istiqaməti müvəqqəti dəyişdirilib

06
iyl
2022
10:05
Bakıda 11 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkəti müvəqqəti olaraq Dəmiryolu Vağzalı istiqamətində dəyişdirilərək Təbriz küçəsi ilə təşkil edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, bunun səbəbi Əbdüləzəl Dəmirçizadə küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətin tətbiq edilməsidir.
Tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldıqdan sonra marşrutun əvvəlki sxem üzrə fəaliyyəti bərpa ediləcək.
Oxşar xəbərlər
Bakıda 40-a yaxın müntəzəm marşrut xətti üzrə avtobusların hərəkəti ləngiyir
Bu gün səhər pik saatlarda paytaxtın bir sıra küçə və prospektlərində müşahidə olunan nəqliyyat sıxlıqları və tıxac səbəbindən müntəzəm marşrut xətləri üzrə avt...