Azərbaycanda bankomatdan pul çıxarmaq istəyən şəxslərə ŞAD XƏBƏR

05
iyl
2022
17:22
Azərbaycanın bank sektorunda bankomatlarla bağlı maraqlı yenilik tətbiq olunub.
BAKU.WS "report"a istinadən xəbər verir ki, söhbət vətəndaşlara pul olan bankomatlar barədə SMS göndərilməsindən gedir.
Belə ki, müştərinin nağdlaşdırma əməliyyatı etmək istədiyi bankomatda pul olmadıqda ona həmin bankda məxsus, yaxınlıqda yerləşən və içində pul olan 3 ATM-in ünvanları barədə SMS gələcək. Amma bunun üçün müştəri "SMS Xəbərdarlıq" xidmətinə qoşulmalıdır.
"Azericard" prossesinq mərkəzinə məxsus yeni xidmət ölkənin kommersiya banklarından birinin müştəriləri üçün artıq keçərlidir.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...
