VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnternet provayderlərinin sayı günbəgün artdığı halda bəzi yeni tikililərdə yalnız bir provayderdən istifadə olunur. Belə ki, yaşayış komplekslərinin rəhbərliyi təkcə əməkdaşlıq etdiyi təchizatçıların ərazidə fəaliyyətinə şərait yaradır.

BAKU.WS xəbər verir ki, nəticədə isə digər provayderlərin sözügedən binalara girişi, vətəndaşların isə seçim imkanları məhdudlaşdırılır.

Məsələ ilə bağlı "Xəbər Ertəsi" bir neçə yeni tikilidə çəkiliş aparıb. Sakinlərin sözlərinə görə, bina rəhbərliyinin təyin etdiyi internet provayderdən başqa digər xidmətlərdən istifadə edə bilmirlər.

İnformasiya Kommunikasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov deyib  ki, belə məsələlər azad rəqabətə ziddir və qarşısını almaq üçün addımlar atılmalıdır.

Mütəxəssisin sözlərinə görə, yeni tikililərdə rast gəlinən bu problem internetin keyfiyyətinə də təsir edir.

BAKU.WS
VİDEO