SİZİN REKLAM BURADA!
055 213 76 73


Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyəti açıqlayıb.

Mərkəzdən BAKU.WS-ə verilən məlumata görə, hazırda sıxlıq olan küçə və prospektlər aşağıdakılardır:

1. Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən başlayaraq DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq;

2. Moskva prospektində Beynəlxalq Avtovağzalın qarşısından 20 Yanvar dairəsinə qədər - əsas və kənar yol sıxlıq;

3. Bakı-Sumqayıt şosesində – Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq;

4. Tbilisi prospektində 20 Yanvar dairəsindən başlayaraq Həsən Əliyev küçəsi ilə kəsişməsinə qədər, şəhər istiqamətində sıxlıq.

BAKU.WS