SİZİN REKLAM BURADA!
055 213 76 73


Kürdəxanıda əsrlərlə yaşı olan iki məsciddən biri bu gün dağılmış vəziyyətdədir. Söhbət Ləhiş bağlarında yerləşən Hacı Soltanəli məscidindən gedir. Kəndin ayağında yerləşən digər məscid isə Cümə məscididir.

“Global Photo Stock”-un əməkdaşı 19-cu əsrin sonunda dövrün görkəmli şəxsiyyətlərindən olan Hacı Soltanəli Həşimovun inşa etdirdiyi yararsız vəziyyətdə olan məscid binasını çəkib.

Məscidin kitabəsində onun 1897-1898-ci illərdə tikildiyi qeyd edilib. Məbəd bu gün qəzalı vəziyyətdədir və təmirə ehtiyacı var. Məscidi inşa etdirən xeyriyyəçi Hacı Soltanəlinin məzarı da elə tikilinin yaxınlığında yerləşir.

Təəssüf ki, məzarın da üzəri çatlayıb və baxımsız vəziyyətdədir.

Həmin fotoları təqdim edirik:

BAKU.WS
QALEREYA