Ukraynanın Belqoroda PUA hücumları: Ölənlər və yaralananlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Belqorod vilayəti son sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin intensiv pilotsuz uçuş aparatı (PUA) hücumlarına məruz qalıb.
BAKU.WS xəbər verir ki, vilayət rəhbərinin səlahiyyətlərini icra edən Aleksandr Şuvayevin verdiyi məlumata görə, hücumlar nəticəsində iki nəfər həyatını itirib, doqquz nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralananlar arasında bir uşağın da olduğu bildirilib.
Rəsmi məlumata əsasən, son 24 saat ərzində vilayət ərazisinə ümumilikdə 96 hücum qeydə alınıb. Zərbələr əsasən Belqorod və Qrayvoron dairələrində insan tələfatına səbəb olub, Şebekino və Belqorod dairələrində isə yaralananların olduğu qeyd edilib.
Şuvayev bildirib ki, hücumlar təkcə Belqorod şəhərini deyil, eyni zamanda Borisovka, Valuyki, Volokonovka, Qrayvoron, İvnya, Krasnaya Yaruga, Rakitnoye, Şebekino və Yakovlevka rayonlarını da əhatə edib.
Hücumların nəticəsində yaşayış məntəqələri və infrastruktur obyektlərinə dəyən ziyanın həcmi ilə bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...