Kiyevə raket zərbələri nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəyib
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya ordusunun iyulun 19-na keçən gecədən başlayaraq Kiyevə endirdiyi kütləvi raket zərbələri nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binasına ziyan dəyib.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, binadan 200-250 metr məsafəyə, "Lukyanovka" metro stansiyasının qarşısına düşən raketin zərbəsindən səfirliyin binasında şüşələr sınıb, tavanda çatlar əmələ gəlib.
Səfirliyin şəxsi heyətindən xəsarət alan olmayıb.
Qeyd edək ki, müharibə dövründə Kiyevə edilən hava hücumları zamanı səfirliyimizin inzibati binasına bir neçə dəfə ziyan dəyib.
Hadisə yerindən fotoları təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...