15 yaşlı Röya ABŞ-da qızıl medal qazandı - VİDEO

15 yaşlı Röya ABŞ-da qızıl medal qazandı - VİDEO
Foto Video
Sosial 878
"Zəngi" liseyinin 10-cu sinif şagirdi Röya Novruzova ABŞ-da böyük uğur qazanıb. BAKU.WS xəbər verir ki, həmyerlimiz 17-22 iyun tarixlərində ABŞ-ın Nyu-York ştatının Osveqo şəhərində Nyu-York Dövlət Universitetinin təşkilatçılığı ilə keçiriən 9-cu "Dahilərin Olimpiyadası"nda (Genius Olympiads) I yeri tutub. 15 yaşlı Röya Novruzova olimpiyadada 76 ölkədən olan 789 iştirakçı arasından "Art Category" üzrə 1-ci yeri qazanıb və qızıl medalla təltif olunub. Qeyd edək ki, ötən gün də olimpiadada Azərbaycanı iki məktəbli təmsil edib - İbrahim Bağırov və Ələsgər Sadiqov. Bizim məktəblilərimiz "Təbii elmlər" kateqoriyasında iştirak edirdilər. Bu kateqoriya üzrə 420 layihə təqdim edilmişdi. Azərbaycan məktəblilərinin "EkoDizel- Nano emulsiyalaşdırılmış dizel" adlı hayihəsi münsiflər heyətindən maksimal balları aldı və qızıl medala layiq görüldü. Azərbaycan məktəbliləri İbrahim Bağırov və Ələsgər Sadiqov Azərbaycan Bayrağını yüksəldiblər.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanlı paralimpiyaçı Dünya Kubokunda qızıl medal qazanıb

Azərbaycanlı paralimpiyaçı Dünya Kubokunda qızıl medal qazanıb

Azərbaycanın pauerliftinq üzrə paralimpiya yığmasının üzvü Pərvin Məmmədov Macarıstanın Eger şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb. Milli Para...

681 İdman 14:50 25 aprel 2019

Son xəbərlər