Xəlilov qardaşları ABŞ-da 10 qızıl medal qazandı - FOTO

Xəlilov qardaşları ABŞ-da 10 qızıl medal qazandı - FOTO
İdman 1021
9 fevral tarixində ABŞ-ın Texas ştatının Pleyno şəhərində Ümumdünya Olimpiya Gimnastika Akademiyasının (World Olympic Gymnastics Academy) təşkilatçılığı ilə çempionat keçirilib. Çempionatda ilk dəfə Azərbaycan idmançıları iştirak etdilər.BAKU.WS xəbər verir ki, beynəlxalq yarış ikiqat olimpiya çempionu (1988) Valeri Lyukinin şərəfinə keçirilir. Çempionatda dünyanın müxtəlif ölkələrindən 4000 idmançı iştirak edib. Yarışda hər ölkədən ən güclü idmançıları yer alıb. 12 min tutumlu arenada baş tutan çempionatda Azərbaycanı idman gimnastikası üzrə Əli və Hüseyn Xəlilov qardaşları təmsil edib. 10 yaşlı Əli Xəlilov mütləq çempion olub və 6 qızıl medalın hamısını qazanıb. 8 yaşlı Hüseyn isə 4 qızıl medalın sahibi olub. Bundan başqa, Hüseyn gümüş medal da qazanıb. Qeyd edək ki, bu çempionatda Azərbaycan ilk dəfə təmsil olunub. Xatırladaq ki, Xəlilov qardaşlarının şəxsi məşqçisi idman gimnastikası üzrə üçqat SSRİ çempionu Zakir Mehdiyevdir. BAKU.WS
Xəlilov qardaşları ABŞ-da 10 qızıl medal qazandı - FOTO
Əli və Hüseyn ikiqat olimpiya çempionu Valeri Lyukinlə
Xəlilov qardaşları ABŞ-da 10 qızıl medal qazandı - FOTO
Xəlilov qardaşları şəxsi məşqçiləri, idman gimnastikası üzrə üçqat SSRİ çempionu Zakir Mehdiyevlə
Xəlilov qardaşları ABŞ-da 10 qızıl medal qazandı - FOTO
Qazanılmış medallar və kuboklar
Xəlilov qardaşları ABŞ-da 10 qızıl medal qazandı - FOTO
Əli Xəlilov olimpiya çempionu V.Lyukinin qızı Anastasiya Lyukin ilə
Xəlilov qardaşları ABŞ-da 10 qızıl medal qazandı - FOTO
Hüseyn Xəlilov olimpiya çempionu V.Lyukinin qızı Anastasiya Lyukin ilə
Xəlilov qardaşları ABŞ-da 10 qızıl medal qazandı - FOTO
Xəlilov qardaşları

Son xəbərlər