Azərbaycanlı paralimpiyaçı Dünya Kubokunda qızıl medal qazanıb
25
apr
2019
14:50
Azərbaycanın pauerliftinq üzrə paralimpiya yığmasının üzvü Pərvin Məmmədov Macarıstanın Eger şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb. Milli Paralimpiya Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, təmsilçimiz 49 kq çəki dərəcəsində ən yaxşı nəticəni göstərib. O, 140 kq çəkini qaldıraraq birinci yerə layiq görülüb. Eyni çəki dərəcəsində ikinci yeri 128 kq nəticə ilə polşalı idmançı Slavomir Symanski ilə qazanıb. Səudiyyə Ərəbistanından olan Olaymi Maysar 125 kq nəticə ilə üçüncü yeri tutub. Bu qələbə Pərvin Məmmədovun Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarında iştirak etmək şanslarını artırıb.
Oxşar xəbərlər
Vüqar Talıbov Yeniyetmələrin Olimpiya Oyunlarında qızıl medal qazanıb (VİDEO)
Argentinanın paytaxtı Buenos-Ayres şəhərində keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında cüdo yarışlarına start verilib. BAKU.WS-in məlumatına görə, bu mötəbə...