Vüqar Talıbov Yeniyetmələrin Olimpiya Oyunlarında qızıl medal qazanıb (VİDEO)

Vüqar Talıbov Yeniyetmələrin Olimpiya Oyunlarında qızıl medal qazanıb (VİDEO)
Video
İdman 1962

Argentinanın paytaxtı Buenos-Ayres şəhərində keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında cüdo yarışlarına start verilib.

BAKU.WS-in məlumatına görə, bu mötəbər yarışda ölkəmizi təmsil edən yeniyetmə cüdoçumuz Vüqar Talıbov bütün rəqiblərinə qalib gələrək tarix yazıb.

66 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Yəmən, Tacikistan, Domimikan Respublikası və Rusiya idmançılarını məğlub edərək Olimpiya Oyunlarının qızıl medalını qazanıb.

Vüqar Talıbova Olimpiadanın qızıl medalı təqdim olunub və onun şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib.

Digər təmsilçimiz Vüsalə Kərimova qızların yarışında 44 kq çəki dərəcəsində 7-ci yeri tutub.

BAKU.WS

Oxşar xəbərlər

Hərbçilərimiz dünya çempionatında 11 medal qazanıb

Hərbçilərimiz dünya çempionatında 11 medal qazanıb

Moskva şəhərində keçirilən hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatında daha bir idmançımız qızıl medal qazanıb.BAKU.WS-in məlumatına görə, Rusiya Fe...

1352 İdman 17:05 19 may 2018

Son xəbərlər