13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
"İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin apardığı monitorlər zamanı çörəyin qiymətində dəyişiklik qeydə alınmayıb".
 
Bunu BAKU.WS-ə açıqlamasında İqtisadiyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev söyləyib. Onun sözlərinə görə, çörək dövlət tərəfindən tənzimlənən malların siyahısına daxil deyil.
 
Bununla belə, nazirlik rəsmisi əmin edir ki, çörəyin qiymətində artım müşahidə olunarsa, səbəbləri araşdırılacaq.
 
Xatırladaq ki, ötən gün bəzi KİV orqanları ölkədə çörəyin qiymətinin artacağanı və 50 qəpik olacağını yazıb. 
 
Şahin Həbibov
BAKU.WS