Çörəyin bahalaşması ilə bağlı iddiaya aydınlıq gətirildi (RƏSMİ)
"İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin apardığı monitorlər zamanı çörəyin qiymətində dəyişiklik qeydə alınmayıb".
Bunu BAKU.WS-ə açıqlamasında İqtisadiyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev söyləyib. Onun sözlərinə görə, çörək dövlət tərəfindən tənzimlənən malların siyahısına daxil deyil.
Bununla belə, nazirlik rəsmisi əmin edir ki, çörəyin qiymətində artım müşahidə olunarsa, səbəbləri araşdırılacaq.
Xatırladaq ki, ötən gün bəzi KİV orqanları ölkədə çörəyin qiymətinin artacağanı və 50 qəpik olacağını yazıb.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Çörəyin qiymətinin bahalaşacağı iddiasına rəsmi cavab
İyulun 30-dan respublikamızda çörəyin qiyməti artacaq. Belə ki, qiymət artımından sonra hazırda 30 qəpiyə satılan çörək 40 qəpiyə, 40 qəpik olan çörək isə 50 qə...