SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Bakının Yasamal rayonunda zibillikdən qalaq-qalaq kitab çıxıb.
 
BAKU.WS-in məlumatına görə, "Üç tac" binalarının yaxınlğındakı zibilxanaya atılan kitablar arasında Azərbaycan ədəbiyyatının görkəmli şəxslərinin əsərləri var.
 
SSRİ ensiklopediyaları, Səməd Vurğun, Cəlil Məmmədquluzadə, Anar, Nizami Gəncəvi və digər şair və yazıçıların kitablarını zibil qutularına kim tərəfindən atıldığı məlum deyil. Ancaq görünür kitabların sahibi həyatında "yenilik" etməyə cəhd edib.
 
Azərbaycan ədəbiyyatının incilərini zibilə atmaqdansa, hanısa bir kitabxanaya bağışlamaq daha məqsədəuyğun olardı. Hər halda bu kitabları pulsuz əldə etmək istəyən yüzlərlə insan var. Bir vaxtlar evlərdə rəflərə düzülən kitablar, indilərdə isə zibillikləri bəzəyir.
 
Jurnalist Elnarə Məmmədovanın çəkdiyi fotoları sizə təqdim edirik. 
 
ŞAHİN Həbibov
BAKU.WS