Helikopterin havaya qalxdıqdan neçə dəqiqə sonra qəzaya uğradığı AÇIQLANDI

Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopter qəzasının baş vermə vaxtı açıqlanıb.
BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, bu barədə DSX-nin rəisi, general-polkovnik Elçin Quliyev jurnalistlərə açıqlama verib:
“Baş vermiş hadisə ilə əlaqədar qeyd etmək istərdim ki, bu gün DSX-nin Mİ-17 tipli 20136 bort nömrəli helikoteri təlim məqsədi ilə Səngəçal aerodromundan saat 10:16-da havaya qalxaraq Qaraheybət təlim meydanı istiqamətində hərəkətlənmişdir. Saat 10:36-da təlim meydanında təyin olunmuş meydana eniş edərkən helikopter qəzaya uğramışdır. Qəza nəticəsində 14 hərbi qulluqçumuz həlak olmuş, 2 hərbi qulluqçumuz yaralanmışdır”.
Oxşar xəbərlər
Bu gün təltif edilən generallar - SİYAHI
Azərbaycan prezidenti İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər...
