132-134 nömrəli Təhsil Kompleksinə direktor təyin edilib

Bakıda 132-134 nömrəli Təhsil Kompleksinə direktor təyin edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sədrinin müvafiq əmrinə əsasən, bu vəzifəyə Aygün Mikayılova təyinat alıb.
Məlumat üçün bildirək ki, A.Mikayılova 1996-cı ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi fakültəsini bitirib. Əmək fəaliyyətinə 1996-cı ildə Bakı Avropa Liseyində müəllim olaraq başlayıb. 2005-2006-cı illərdə Bakı Avropa Liseyində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
2015-2018-ci illərdə Bakı Avropa Liseyində direktor, 2018-2024-cü illərdə isə H.Əliyev adına Müasir Təhsil Kompleksində icraçı direktor vəzifəsində çalışıb.
Aygün Mikayılova 2008-ci ildə "Əməkdar müəllim" adına layiq görülüb.
Qeyd edək ki, təhsil müəssisəsinin bundan əvvəlki direktoru Sara Xanlarova ötən ay çalışmanın yaş həddinə çatma səbəbi ilə əmək fəaliyyətini başa vurub.
Oxşar xəbərlər
Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Daha bir YENİLİK OLACAQ
Metroda eskalatorların fasiləsiz işləməsi üçün həm texniki baxışların vaxtında aparılması, həm də avadanlığın yenilənməsi vacibdir. BAKU.WS xəbər verir ki, mütə...
